Anna Kastilyo

Anna Kastilyo

Aktrisa

BİOQRAFİYA

Anna Kastilyo Ferrе - ispaniyalı aktrisadır. Daha çox populyar ispan sabun operası sayılan “Amar en tiempos revueltos” serialında Dorita rolu ilə məşhurlaşıb. Sözügedən serialın 215 seriyasına çəkilib. Kinoda isə ulduzunu parladan rol “El Olivo” (2016) dramında Alma rolu sayılır.  Həmin rol ona ən yaxşı aktrisa nominasiyasında “Qoya” mükafatını qazandırıb. Yeddi yaşından etibarən Anna Barselona və Madridin müxtəlif aktyorluq kurslarına gedib. Daha sonra Sen Xuan Bosko Horta kollecində oxuyub. Anna 2011-ci ildə incəsənət üzrə bakalavr dərəcəsi əldə edib. 2005-2011-ci illərdə “SP3” adlı musiqi qrupunun təsisçisi və üzvü olub. Qrupun fəaliyyətində həm müğənni, həm də rəqqasə olaraq çıxış edib. Qrupun dağılmasından sonra 2011-2014-cü illərdə “la Família dels supers” teleserialına çəkilib. Televiziyada debütü isə bundan əvvəl 2009-cu ildə TV3 telekanalının “El Enigma Giarcomo” telefilmində gerçəkləşib.  2016-cı ildə “El Olivo”  serialında  Alma roluna çəkilib. Həmin film ona ən yaxşı aktrisa nominasiyasında “Qoya” mükafatını qazandırıb. Filmdə babasının komadan çıxması ümidi ilə onun sevdiyi zeytun ağacını xilas etməyə çalışan nəvə obrazını yaradıb. Film İspaniyadan 89-cu “Oskar” mükafatına namizədlik uğrunda mübarizə aparsa da, seçimlərdən keçməyib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Anna_Castillo

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç