Andrea Duro

Andrea Duro

Aktrisa

BİOQRAFİYA

Andrea Duro – ispaniyalı aktrisadır. Daha çox “Fizika və ya Kimya” teleserialında Yolanda “Yoli” Freyer rolu ilə məşhurlaşıb. Bundan başqa “Göyün yeddinci qatında” romantik dramı və onun sikvelində Mara rolunu oynayıb. Andrea karyerasına 2007-ci ildə (on beş yaşında olanda) qədəm qoyub. “Seks haqqında suallar” serialının iki epizoduna Berta roluna çəkilib. 2008-ci ildə ona şöhrət qazandıran “Fizika və kimya” serialının çəkiliş heyətinə qoşulub. 2011-ci ilə kimi həmin serialın 7 mövsümünə çəkilib. 2010-cu ildə Mario Kasas və Mariya Valverdenin baş rollara çəkildiyi “Göyün yeddinci qatında” filmində rol alıb. Elə həmin il “Canal+” telekanalının “Aktrisa” sənədli filmində, bundan başqa “Quş yuvası” və “Olduğumuz kimi” proqramlarında çıxış edib. Həmçinin FHM və Overlay jurnalları üçün poz verib. 2011-ci ildə “Fizika və kimya” serialının baş çatmasından sonra “Zombilərin qənimi” horror-ekşn filmində görüntülənib. Ekran əsəri Kubada lentə alınıb. Elə həmin il “Göyün yeddinci qatında” filmində oynadığı rola görə, ən yaxşı debüt kateqoriyasında “Kapital” mükafatına layiq görülüb. 2011-ci ildə “Qədim körpünün sirri” serialının aktyor heyətinə qoşulub. 2013-cü ildə isə “Qrand-otel” serialında Seliya Velvedur rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%83%D1%80%D0%BE,_%D0%90%D0%BD%D0%B4%D1%80%D0%B5%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç