Raul Arevalo
Aktyor
Raul Arevalo Sorso 22 noyabr 1979-cu ildə Mostoles şəhərində anadan olub. Aktyorluq karyerasına 2001-ci ildə qədəm qoyub, İspaniyanın “Tərəfdaşlar” (Compañeros) serialında Karlos rolunda debüt edib. Kinodebütü isə 2003-cü ilə təsadüf edir; Xavyer Kamara və Xuan Dieqo Bottonun iştirak etdiyi “Aşağıda imzası keçənlər” (Los abajo firmantes) filminə çəkilib. Növbəti il rejissor Manuel Qomes Pereyranın “Yaşamaq üçün dəyərli şeylər” (Cosas que hacen que la vida valga la pena) filmində rol alıb. 2003-2005-ci illərdə Arevalo bir neçə televiziya serialının çəkilişində iştirak edib: “Mərkəzi xəstəxana”, “Mənə söylə”, “Aida” və “Şəxsi motivlər”. Raul Arevalonun bədii yüksəlişinə rejissor Daniel Sançes Arevalonun “Tünd göy - az qala qara” filmində baş qəhrəmanın dostu İsrail rolu səbəb olub. Həmin rol ona bir neçə mükafat qazandırıb. 2006-cı ildə eyni zamanda Antonio Banderasla birlikdə “Yaz yağmuru” filminin çəkilişlərində iştirak edib. 2007-ci ildə isə “Yeddi bilyard masası” filmində rol alıb. 2008-ci ildə Arevalo “Kor günəbaxanlar” filminin çəkilişlərinə dəvət olunub. Növbəti il rejissor Sançes Arevalonun “Gombullar” filminə çəkilib. Bu rol aktyora 2009-cu ildə ən yaxşı ikinci plan aktyoru nominasiyasında “Qoya” mükafatını qazandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D1%80%D0%B5%D0%B2%D0%B0%D0%BB%D0%BE,_%D0%A0%D0%B0%D1%83%D0%BB%D1%8C