Meri MakKormak

Meri MakKormak

Aktrisa, prodüser, ssenarist

BİOQRAFİYA

Meri MakKormak — amerikalı aktrisadır. Daha çox “Bir cinayət” (1995—1997), “Qərb qanadı” (2004—2006) və “Sadə halda” (2008—2012) teleseriallarında və “Boşluqla toqquşma” (1998), “Əsl cinayət” (1999), “İngilissayağı qarət” (2001), “Key-Paks” (2001) və «1408» (2007) filmlərindəki rolları ilə tanınıb. Kinokaryerasına 12 yaşında teleseriallara çəkilməklə başlayan MakKormak, daha sonra teatr səhnəsində çıxış etməyə başlayır. O 1995-1997-ci illərdə nümayiş olunan “Bir cinayət” serialındakı rolu ilə məşhurlaşıb. Teleserialların ardınca müstəqil filmlərə çəkilən aktrisa sonra Hollivud filmlərində də çəkilməyə başlayır. “Qərb qanadı” teleserialındakı rolu onu ABŞ Kinoaktyorlar Gildiyasının mükafatının sahibi edir. 2008-ci ildə MakKormak “Boinq-Boinq” brodvey pyesindəki roluna görə “Toni” mükafatına layiq görülür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BA%D0%BA%D0%BE%D1%80%D0%BC%D0%B0%D0%BA,_%D0%9C%D1%8D%D1%80%D0%B8

 

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç