Kris Uec
Aktyor, prodüser, rejissor, ssenarist
Con Kristofer Uec 20 mart 1957-ci ildə Nyu-York ştatının Binqemtone şəhərində dünyaya göz açıb. 1975-ci ildə Kris Feyetvill-Manlius şəhərini bitirib. 1981-ci ildə Nyu-York Dövlət Universitetini bitirib. Daha sonra kompüter qrafikası və rəssamlıq ixtisası üzrə Ohayo Universitetini bitirib. Nyu-Yorkda Kris Təsviri İncəsənət Məktəbində oxuyub. Uec “Blue Sky Studios” animasiya studiyasının təsisçilərindən sayılır. Həmçinin “WedgeWorks” kinoşirkətinin sahibidir. Nyu-York İncəsənət məktəbində oxuduğu illərdə Karlus Saldanya ilə tanış olub. Onu yaratdığı “Blue Sky Studios” studiyasına rəssam olaraq dəvət edib. Onlar 2002-ci ildə böyük uğur qazanmış və kult cizgi filminə çevrilmiş “Buz Dövrü” franşizasının ilk epizodunu çəkiblər. 1990-cı ildə Elis Ueclə ailə qurub. Cütlüyün 2 övladı var. 21 mart 1999-cu ildə onun çəkdiyi “Banni” qısametrajlı cizgi filmi “ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyasında “Oskar” mükafatını qazanıb. 2013-cü ildə “Epik” cizgi filminin böyük ekranlara yol tapmasından sonra “Blue Sky Studios” animasiya studiyasından ayrılıb və “Paramaount” şirkətinə keçib. Daha çox “Buz Dövrü” (2002), “Robotlar” (2005) animasiyaları üzərində gördüyü işə görə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D1%8D%D0%B4%D0%B6,_%D0%9A%D1%80%D0%B8%D1%81