Pol Skalfor
Aktyor, model
Pol Skalfor 1973-cü ildə Londonda (İngiltərə) anadan olub. Valideynləri imkanlı olmayıb. Yoxsul şəraitdə böyüyüb. 16 yaşında olanda məktəbi atıb və işləməyə başlayıb. Ağır fiziki əməkdən çəkinməyib. Gələcəyin ulduzu tikinti sahələrində fəhləlik edib. Bu işi ilə yanaşı peşəkar boksla məşğul olub. Cavanlığında hər zaman əla fiziki vəziyyətdə olub və kifayət qədər yaxşı nəticələr əldə edib. Ancaq aldığı ağır xəsarətlərdən sonra həkimlər onun rinqə qayıtmasına qadağa qoyub. Amma həyat səviyyəsini yaxşılaşdırmaq üçün əlindən gələni edib. O hər zaman özünü formada saxlayıb. Enlikürəkdir və simmetrik üz cizgiləri var. Xarici görünüşünün üstünlüklərindən istifadə etməyə qərar verib və özünü model qismində sınayıb. Əvvəl çılpaq bədənini göstərməsi ürəyincə olmasa da, ilk qonorarı əlinə almasından sonra modelliyi davam etdirmək qərarına gəlib. Şoubiznesdə kifayət qədər uğur qazandıqdan sonra ikinci yarını axtarmağa başlayıb. Bir çox teleulduzlarla yaxın münasibətləri olub. Liza Snouden, Keyt Moss, Cenifer Eniston kimi məşhurlar onun sevgilisi olub. Polun sonuncu “görlfrendi” tanınmış hollivud aktrisası Kemeron Diaz hesab edilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://www.peoples.ru/art/fashion/mannequin/paul_sculfor/index.html