Matyö Şedid

Matyö Şedid

Aktyor, bəstəkar

BİOQRAFİYA

Matye Şedid – fransalı aktyor, rok-musiqiçi, müğənni və gitaraçıdır. Matye Şedid fransız müğənni Lui Şedidin oğludur. Nənəsi tanınmış yazıçı və şairə Andre Şediddir. Onun üçün bir neçə mahnı bəstələyib. Bacısı onun musiqi konsertlərinin və videokliplərinin rejissoru Emili Şediddir. Şedid istedadlı multi-instrumentalistdir. 1978-ci ildə altı yaşında olanda, bacısı Emili ilə xorda oxumağa başlayıb. 20 yaşında olanda Şedid bir neçə qısa ömürlü qruplar yaradıb (“Mat Mat”, “Les bebes fous” və “Les poissons rouges” ). Səhnədə və səsyazma studiyasında bir çox rəssamlarla əməkdaşlıq edib. Şedid solo karyerasının əvvəlində özünə “-M-” adlı personaj fikirləşib. Bu personajın özünəməxsus rəngarəng kostyumları və M formalı saç düzümü olub. Təxəllüs onun adının baş hərfini ifadə etməklə yanaşı, həm də “Aime” (Sevgi) sözünə eyhamdır. Şedid əmin edir ki, "-M-" superqəhrəmandır. Bəzən konsertdən əvvəl səhnəyə cins və sviterdə çıxaraq: “Nə qədər ki, saç düzümümü dəyişməmişəm və frak stulun üzərindədir, sizinlə Matye kimi salamlaşmaq istədim. Bir neçə dəqiqədən sonra onsuzda məni unudacaqsız, bütün diqqətlər superqəhrəman “-M-”ə yönələcək.”, - deyə Matye bildirib. 1 may 2002-ci ildə Selin adlı sevgilisindən Billi adlı qızı dünyaya gəlib. Bundan ilhamlanaraq ürək şəkilli çəhrayı gitara düzəltdirib. Bundan başqa “Le Soldat Roes” nağılını qızına həsr edib. 2009-cu ildə Şedid teatr və radio işçisi Jülyett Deşamla ailə qurub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Matthieu_Chedid

 

FİLMOQRAFİYA
Bəstəkar
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç