Vanessa Paradi
Aktrisa, bəstəkar
Vanessa Şantal Paradi 22 dekabr 1972-ci ildə Parisin şəhərkənarı Sen-Mor-de-Fosse qəsəbəsində anadan olub. Valideynləri rejissorlar Andre və Korini Paradidir. Bacısı Ellison Paradidir. Uşaqlığından Vanessa ifaçılıq və rəqslə məşğul olub. Ailəsi şoubizneslə məşğul olub və babası – tanınmış aktyor və prodüser Didye Peynanın məsləhəti ilə aktrisalıq yolunu seçib. Artıq yeddi yaşında olanda Fransanın “L'école des fans” telekonkursunda iştirak edib. 1987-ci ildə 14 yaşında olanda Vanessa “Taksi sürücüsü Co” mahnısı ilə Avropada məşhurlaşıb. Növbəti il “M & J” adlı debüt albomu böyük uğur gətirib, platin alboma çevrilib. 1989-cu ildə Vanessa kinoda baş aktrisa rolunda debüt edib: Jan-Klod Brissonun “Ağ Toy” filminə çəkilib. Daha sonra Vanessa beş il müddətinə kinoya çəkilməyib. Həmin vaxt Variation Sur Le Même T’aime (1990) “Vanessa Paradis” (1992), “Vanessa Paradisa Live” (1994) albomları işıq üzü görüb. Vanessa eyni zamanda “Şanel” firması ilə müqavilə bağlayıb, paralel olaraq fotomodel karyerasına başlayaraq “Koko” ətirlərinin reklamlarına çəkilib. 1995-ci ildə yenidən böyük ekranlara qayıdaraq “Eliza” filminə çəkilib; Jan Bekkerin filmində məşhur aktyor Jerar Depardye ilə tərəf-müqabili olub. Həmin filmdə erotik səhnələrə çəkilməkdən çəkinməyib. Uzun fasilədən sonra 2004-cü ildə Vanessa kinoya qayıdıb, “Atom sirki”, “Ceyms Batayın qayıdışı” filmində rol alıb. 2005-ci ildə Serj Fraydmanın ilk rejissor işi olan “Körpü üzərindəki qız” filmində rol alıb. 2005-ci ildə “Sehrli macəra” animasiya filminin səsləndirilməsində iştirak edib. 2005-ci ildə “Don Kixotu öldürmüş adam” adlı layihə üzərində Conni Depplə birgə çalışıb. Həmin filmdə Vanessa Paradi Culsinei, Conni Depp isə Kralın ruhunu oynamalı idi. Ancaq çəkilişlə bağlı ortaya çıxan çoxsaylı problemlərə görə, film yarımçıq qalıb. 2007-ci ildə Vanessanın “Divinidylle” adlı albomu işıq üzü görüb. 1998-2014-cü illərdə Vanessa aktyor Conni Depplə faktiki nikahda olub. Cütlüyün iki övladı: Lili-Rouz Melodi Depp (27 may 1999) adlı qızı və Con Kristofer “Cek” Depp (9 aprel 2002) adlı oğlu var. 30 iyun 2018-ci ildə rejissor Samüel Benşetri ilə evlənib. Onlar toya qədər 19 ay görüşüblər.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Vanessa_Paradis