Ted Qriffin

Ted Qriffin

Ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Ted Qriffin – amerikalı aktyor, ssenarist, prodüser, rejissordur. 21 dekabr 1970-ci ildə ABŞ, Kaliforniya, 
Pasadenada anadan olub. 1999-cu ildə Ted Qriffin iki orijinal işin müəllifi kimi debüt edib. Onlardan biri Qay Pirslə baş rolda rejissor Antoni Berdin “Adamyeyən” filmi və Riz Uizerspun və Coş Brolinin iştirakı ilə rejissor Robert Karlaylın “Ən yaxşı planlar” filmi olub. Qriffin Corc Kluni və Bred Pittin baş rolda çəkildiyi “Ouşenin on bir dostu” remeykinin ssenarisini yazıb. Qardaşı Nikolas Qriffinlə birlikdə Nikolas Keyc və Sem Rokuellin baş rolda çəkildiyi rejissor Ridli Skottun “Mükəmməl fırıldaq” filminin ssenarisini yazıb. Griffin Martin Skorsezenin “The Key to Reserva” qısametrajlı filminin ssenaristi olub. Film "CLIO Award" mükafatına layiq görülüb. Skorsezenin “Fran Leybovits ilə söhbət” qısametrajlı filmin prodüseri olub. Eyni zamanda həmin filmdə aktyor kimi iştirak edib. Qriffin “Göylərə doğru” filminin icraçı prodüseri olub. Film 2009-cu ildə “Oskar” mükafatına namizəd olub. 2011-ci ildə Disney studiyasının “Buraxılış” filminə prodüserlik edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://megogo.net/ru/name/4686-ted-griffin.html

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç