Robert Hardi

Robert Hardi

Aktyor

BİOQRAFİYA

Timoti Sidni Robert Hardi 29 oktyabr 1925-ci ildə Çeltnemdə “Cheltenham College” kollecinin direktoru Henri Harrison Hardi və onun həyat yoldaşı Joslin Hardinin ailəsində dünyaya göz açıb. Robert “Reqbi” məktəbi və Oksfordun “Maqdalen” kollecinin məzunu olub. 3 avqust 2017-ci ildə London yaxınlığında yerləşən qocalar evində vəfat edib. Robertin kinoda debütü 1955-ci ilə təsadüf edir; “Otello” filmində Kassio rolunu oynayıb. 1981-ci ildə Hardi “Uinston Çörçill: “Kar” illər” teleseriallında Uinston Çörçill obrazını canlandırıb. Həmin rola görə ən yaxşı aktyor nominasiyasında “Broadcasting Press Guild Awards” mükafatına layiq görülüb. Onun ən əlamətdar rollarından biri “Bütün məxluqlar haqqında, böyük və kiçik” serialında baytar Ziqfrid Farnon rolu olub. 1952-1956-cı illərdə Elizabet Foksla evli olub. Həmin nikahdan Hardi adlı övladları olub. 1961-1986-cı illərdə kostyum dizayneri Salli Pirsonla evli olub. Bu nikahdan Emma Hardi və Jüsti Hardi adlı qızları dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Robert_Hardy

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç