İtan Koen 21 sentyabr 1957-ci ildə Minneapolis şəhərində (Minnesota ştatı, ABŞ) anadan olub. İtan qardaşı Coeldən üç yaş kiçikdir. İtan professor ailəsindəndir. Atası iqtisadçı, anası isə sənətşünaslıq üzrə mütəxəssisdir. Coelin uşaq vaxtlarında qardaşı İtan ilə çox yaxşı münasibəti olub. Qardaşı ilə birlikdə istedadlı uşaqlar üçün nəzərdə tutulmuş kollecdə oxuyublar. Daha İtan Prinstons universitetinin fəlsəfə fakültəsini bitirir. 1983-cü ildə qardaşı ilə birlikdə “Sadəcə qan” komediyasına ssenari yazıb. Bu əsərdə Koen qardaşlarının fərqli və təkrarolunmaz üslubu, satirik yanaşması diqqət çəkirdi. Onların hər yeni filmi tamaşaçıları və tənqidçiləri heyran edirdi. Onların ikinci işi 1987-ci ildə çəkilmiş “Arizona tərbiyəsi” filmi olur. Film uşaqları olmayan qəribə bir cütlüyün uşaq oğurladıqdan sonra başlarına gələn macəralar haqqındadır. 6 milyon dollarlıq büdcə ilə çəkilən film 22 milyon dollar gəlir gətirir. Qardaşı Coel Koenlə Hollivudun ən tanınmış ssenaristlərindən hesab edilirlər. “Qocalara burada yer yoxdur”, “Farqo”, “Böyük Lebosvski”, “Barton Fink”, “Millerin kəsişməsi”, “Olmayan insan” və “Baster Skraqqsın balladası” filmləri ilə tanınırlar. Dörd “Oskar” mükafatının sahibidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Coen_brothers