Xavyer Limon

Xavyer Limon

Bəstəkar

BİOQRAFİYA

Xavyer Limon - ispaniyalı bəstəkar, prodüser və gitaraçıdır. İspaniyanın flamenko musiqisinin ən parlaq nümayəndələrindəndir. 1973-cü ildə İspaniyanın paytaxtı Madrid şəhərində anadan olub. Çoxsaylı Qremmi və Latın Qremmisi mükafatının laureatıdır. Casa Limon leyblının yaradıcısıdır. Xavyer Limon Madrid Konservatoriyasında fortepiano və qoboy sinifində oxuyub. Daha sonra əndaluz və flamand əcdadlarını araşdıran zaman etnik musiqi ilə maraqlanmağa başlayıb. Özünəməxsus dəsti xətti olan bəstəkara çevrilib.. Xavyer bir sıra kult musiqiçilər, o cümlədən Pako De Lusiya, Bebo Valdes, Dieqo El Siqal, Konça Buyka, Enrike Morente, Yasmin Levi, Mariza, Anuşka Şankar və başqaları ilə əməkdaşlıq edib. MÜstəqil prodüser olaraq bir neçə dəfə "Qremmi" mükafatçısı olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Javier_Lim%C3%B3n 

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç