Barbara Lenni

Barbara Lenni

Aktrisa

BİOQRAFİYA

Barbara Lenni Olqin 20 aprel 1984-cü ildə Madriddə anadan olub. Argentina əsillidir. Valideynləri onun dünyaya gəlməsindən sonra Buenos Ayresə köçüb. Altı yaşında olanda İspaniyaya qayıdıb. Kinoda debütünü on beş yaşı olanda gerçəkləşdirib. Aktyorluq sənətini Kral Ali İncəsənət Məktəbində mənimsəyib. “İmla”, “Bütün mahnılarda məndə oxuyurlar”, “Parkdakı qadınlar”, “Obaba”, “Velosiped”, “Gözəgörünməz qonaq”, “Bütün günlər sənə məxsusdur”, Əziyyəti şöhrətindən çox” kimi filmlərə çəkilib. Lenni eyni zamanda Emilio Martines-Lasaronun “On üç qızılgül” və Pedro Almodovarın “Sənin dərində yaşayıram” filmində rol alıb. “Obaba” filmində oynadığı Lurdes roluna görə, 2006-cı ildə “Qoya” kinomükatına layiq görülüb (ən yaxşı aktrisa debütü nominasiyasında qalib gəlib). Televiziyada “Qırmızı qartalda”, “İzabella” kimi seriallara çəkilib.

Ətralfı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B5%D0%BD%D0%BD%D0%B8,_%D0%91%D0%B0%D1%80%D0%B1%D0%B0%D1%80%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç