Eduard Fernandes
Aktyor
Eduard Fernandes 25 avqust 1964-cü ildə Barselona şəhərində (İspaniya) anadan olub. Aktyorluq sənətini yerli teatr institutunda öyrənib. Karyerasına 1980-ci illərin ortalarında qədəm qoyub. Barselonanın müxtəlif teatrlarında kabare Lyantol kimi səhnəyə çıxıb. La Kupola və Els-Hoqlars müstəqil teatr truppalarının üzvü olub. Lüyer teatrında rejissorlar Kaliksto Bieyto və Luis Paskalın rəhbərliyi altında çalışıb. Klassik və müasir pyeslərdə iştirak edib. Mavi ekranlarda debütünü 1992-ci ildə həyata keçirib. “Xüsusi” serialının 32 epizoduna çəkilib. İki il sonra, 1994-cü ildə “Suvenir” adlı filmdə ilk bədii rolunu oynayıb. 2000-ci ildən aktiv şəkildə ispandilli kinofilmlərə çəkilir. “Alatriste”, “Çe-Partizan”, “Keçmişin labirinti” kimi beynəxalq kinofilmlərdə iştirak edib. “Ailəmlə üç gün” filmində qızı ilə birgə çəkilib. 2001 və 2002-ci illərdə “Qoya” mükafatı laureatı olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0273464/