Kollin Heskell

Kollin Heskell

Aktrisa

BİOQRAFİYA

Kollin Mari Heskell – amerikalı aktrisa və keçmiş realiti şou iştirakçısıdır. Karyerasının son illərini televiziya prodüseri kimi fəaliyyət göstərib. 2000-ci ildə “Survivor” amerika realiti şousunun ilk mövsümünün iştirakçısı olub. “Paqonq” tayfasından çıxış edib. Səsvermə yolu ilə yarışı tərk edən sonuncu “Paqonq” üzvü idi. “Survivor” yarışının bütün ulduzlarından ibarət 2004-cü il buraxılışında (All-Stars edition) iştirak təklifi gəlsə də, onun meneceri, Kollinin artıq həyatına davam etdiyi və həmin günləri yenidən yaşamaq istəmədiyini qarşı tərəfə çatdırıb. 2001-ci ildə “Heyvan” (The Animal) bədii filminə çəkilib. Fantastik komediyada Rob Şnayderin qəhrəmanın sevgilisi rolunu oynayıb. 2002-ci ildə Heskell “Maybe Its me” teleşousunda görüntülənib. Daha sonra 2003-cü ildə “Maykl Essani Şou” verilişində prodüser köməkçisi kimi fəaliyyət göstərib və bir müddətdən sonra əyləncə sektorundan (şoubiz və kino) ayrılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Colleen_Haskell

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç