Devid Kronenberq
Aktyor, ssenarist, rejissor, prodüser
Devid Pol Kronenberq 15 mart 1943-cü ildə Toronto şəhərində (Kanada) islahatçı yəhudi ailəsində anadan olub. Qardaşı musiqiçi, atası yazıçı olub. Kronenberqin babasının soyadı Forman olub və Litvada doğulub, sonradan ABŞ-a mühacirət edib. Orada Litvanın ən zəngin insanı Leopold Kronenberqin adını götürüb. Devid Kronenberq 1972-ci ildə Marqaret Hindsonla ailə qurub, onların Kassandra adlı qızları var. 1979-cu ildə cütlük boşanıb. Boşanma uşağın qəyyumluğu ilə bağlı mübahisəyə görə başağrılı məhkəmə prosesindən sonra rəsmiləşib. Kronenberq sonrada Kerolayn Zeyfmenlə evlənib. Cütlüyün iki övladı: Keytlin adlı qızı, Brendon adlı oğlu var. Kronenberq ateistdir, ölümdən sonra dirilməyə inanmır. Amerika müstəqil kinosunun ən parlaq simalarından sayılır. 1999-cu ildə Kann Kinofestivalının münsiflər heyətinə başçılıq edib. 6 sentyabr 2018-ci ildə 75-ci Venesiya Kinofestivalında Devid Kronenberq kinoya verdiyi töhfələrə görə fəxri “Qızıl şir” mükafatını əldə edib.
Ətraflı məluma üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/David_Cronenberg