Lesli Karlson

Lesli Karlson

Aktyor

BİOQRAFİYA

Lesli Merl Karlson 24 fevral 1933-cü ildə Cənubi Dakota ştatının Mitçel qəsəbəsində anadan olub. Cənubi Dakota Universitetində əvvəl bakalavr dərəcəsi əldə edib, sonradan magistr pilləsinə yüksəlib. Aktyorluq karyerasına 1950-ci illərdə bir neçə teatr tamaşasına qatılmaqla başlayıb. 60-cı illərdə Kanadaya köçüb. 1970-ci illərdən etibarən Kanada istehsalı olan bədii və televiziya filmlərinə çəkilməyə başlayıb. Qorxu janrının böyük rejissorlarından sayılan Devid Kronenberqin 4 filminin, o cümlədən “Videodrom”un çəkilişlərində iştirak edib. Bundan başqa “Məxfi Materiallar”, “Ayın 13-ü, cümə günü”, “21 Jamp Strit”, “Avonleaya aparan yol” kimi populyar seriallarda qonaq rollarda iştirak edib. Kanada, ABŞ və İngiltərə tamaşalarında çıxış edib. Daha çox “Videodrom” (Videodrome, 1983), “Milad hekayəsi” (A Christmas Story, 1983), “Ölü zona” (Dead Zone, 1983), “Milçək” (The Fly, 1986) filmlərində oynadığı rollara görə tanınır. Aktrisa Patrisiya Hemiltonla evli olub. Aktyor Ben Karlson onların bu nikahından dünyaya gəlib. 1988-ci ildə isə ikinci həyat yoldaşı Coan Uorren ondan Edmund Karlson adlı ikinci oğlunu dünyaya gətirib. Aktyor 2014-cü ildə Torontoda xərçəngdən dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Leslie_Carlson

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç