Con Getz
Aktyor
Con Getz 15 oktyabr 1946-cı ildə Davenport şəhərində (Ayova ştatı, ABŞ) anadan olub. Ailədə dörd uşaqdan biri olub. Uşaqlığı və gəncliyini Missisipi çayının vadisində keçirib. Anası övladlarının tərbiyəsi ilə məşğul olmaq üçün karyerasına son qoymalı olub. Con Getz əvvəl müəllim olacağını fikrində tutub, amma anası onda aktyorluq sənətinə sevgi oyadıb. Ayova universitetinə daxil olduqdan sonra Şekspirlə maraqlanmağa başlayıb. Bir müddətdən sonra aktyor olub. Universitetin Yeni İfaçılıq Mərkəzinin təsis olunmasına köməklik göstərib. 1970-1971-ci illərdə Getz nüfuzlu Amerika Teatr Konservatoriyasında işləyib. Daha sonra bir müddət Napa Vadisinin rayonunda şərab zavodunda çalışıb və Napa Vadisi Teatr truppasının təşkilinə köməklik edib. Tezliklə texniki işçi olaraq “Qatil-arılar” televiziya filmində (1974) debüt edib. Bu filmdən sonra Nyu-Yorka köçüb. Orada 14 il yaşayıb, və yerli teatrda işləyib. 1974-cü ildə “Başqa dünya” teleserialında Neyl Conson rolunun ifasına görə 18 aylıq müqavilə bağlayıb. 1975-ci ildə Getz “Bəxtəvər Huker” filmində görüntülənib. Daha sonra teleseriallarda çoxsaylı rolları olub, çox keçmədən Koen qardaşları tərəfindən “Sadəcə qan” (1984) filminin çəkilişlərinə dəvət olunub. Frensis Makdormandın qəhrəmanının mühakimə olunmuş sevgilisi rolunu ifa edib. Həmin rol onu ABŞ-da kifayət qədər məşhurlaşdırıb. Ən əlamətdar rollarını isə “Milçək” (1986) fantastik trilleri və onun sikvelində (1989) oynayıb. 1987-ci ildə dramaturq Qreys MakKini ilə ailə qurub. Onların Hanna adlı qızları var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/John_Getz