Loren Bekoll

Loren Bekoll

Aktrisa

BİOQRAFİYA

Loren Bekoll 16 sentyabr 1924-cü ildə anadan olub. Amerika İnstitutu tərəfindən Hollivud tarixində ən şöhrətli kinoulduzlardan biri hesab edilib. “Oskar” (2010), “Sezar” (1996), iki “Qızıl qlobus” və iki “Toni” mükafatlarına sahib olub. Loren Bekoll karyerasına fotomodel kimi başlayıb. 19 yaşında artıq kifayət qədər tanınan Loren Hamfri Boqartla “Olmaq, olmamaq” filminə dəvət alır. Qısa zamanda cütlük evlənir və birlikdə daha üç filmdə çəkilir. Bekoll Hollivudun ən gözəl qadınlarından biri hesab edilib. Merilin Monro ilə birlikdə “Millionerə necə ərə getmək” (1953) filmində rol alıb. 1957–ci ildə Boqartın ölümündən sonra Frenk Sinatra ilə nişanlanıb. Daha sonra “Oskar” mükafatı laureatı aktyor Ceyson Robardsla ailə qurub. 1960-cı illərdə kinolarda daha az çəkilən aktrisa, teatrda işləməyə üstünlük verir. Brodveydə “Alqışlar” tamaşasında uğurla çıxış edib və 1970-ci ildə ilk “Toni” mükafatına sahib olub. Həmin illərdə çəkilən filmlər sırasında „Şimal qatarında qətl” (1974) detektivi, “Sərras atıcı” (1976) olub. 1978–ci ildə onun avtobioqrafik trilogiyasının birinci hissəsi bestsellərə çevrilir. 70 illik yubileyini qeyd edən aktrisa kinoya qayıdır. 1993-cü ildə Qreqori Peklə birlikdə “Portret” filmində yaşlı sevgililəri oynayıb. Barbara Streyzandın “Aynanın iki üzü” (1996) filmində ikinci dərəcəli roluna görə “Qızıl qlobus” mükafatına layiq görülüb və “Oskar “mükafatına namizəd olub. Həmin ildə Kino sənətinin inkişafına verdiyi töhfəyə görə “Sezar” mükafatına layiq görülüb. Nikol Kidmanla birlikdə “Doqvill” (2003) və “Doğulma” (2004) filmlərində rol alıb. Yaşının çox olmasına baxmayaraq kinoda çəkilməyə və cizgi filmləri qəhrəmanlarını səsələndirməyə davam edib. 2010-cu ildə Kino Sənətinin inkişafına verdiyi töhfəyə görə “Oskar” mükafatına layiq görülüb. Aktrisa 12 avqust 2014-cü ildə Nyu-Yorkdakı evində beyin qansızmasından dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%BE%D1%80%D0%B5%D0%BD_%D0%91%D1%8D%D0%BA%D0%BE%D0%BB%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç