Elleri Spreyberri

Elleri Spreyberri

Aktrisa, prodüser

BİOQRAFİYA

Elleri Spreyberri 26 oktyabr 2000-ci ildə ABŞ-ın Texas ştatının, Hyüston şəhərində anadan olub. Uşaqlığı doğma şəhərində keçib. Qardaşı Daylan Spreyberri də aktyordur. Altı yaşından qardaşı ilə birlikdə kastinqlərdə iştirak etməyə başlayıb. Müxtəlif reklam çarxlarına çəkilib, şəkilləri çap reklamlarında çıxıb. Bacı-qardaş çox keçmədən valideynləri ilə (2006) Los-Ancelesə köçüblər. Spreyberri bir neçə populyar televiziya serialında epizodik rollara çəkilib. 2011-ci ildə “The Young and The Restless” serialında Payper Uelç rolunu oynayıb. Həmin rola görə 2012-ci ildə Young Artist Award mükafatına namizəd olub. Daha çox “Şrek Yekdir” (Shrek Forever After), “Buz Dövrü: Mamontların Miladı” (Ice Age: A Mammoth Christmas) və “Aclıq oyunları: Alovu tutan” (The Hunger Games: Catching Fire) filmlərində müxtəlif personajların səsləndirilməsinə görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ellery_Sprayberry

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç