Barbara Stil

Barbara Stil

Aktrisa, prodüser

BİOQRAFİYA

Barbara Stil 19 dekabr 1937-ci ildə Mersisaydın Berkenhede şəhərində (Böyük Britaniya) anadan olub. Rəssamlıq üzrə təhsil alsa da, 1957-ci ildə teatrın daimi truppasında çıxış etməyə başlayıb. Onun ilk səhnə rolu “Ürəkli subay” komediyasında yer alıb. 1960-cı ildə Barbara Stil ilk filminə çəkilib. (Filmin rejissoru Mario Brava olub). Həmin filmdə Barbara Asa adlı knyaz xanımın rolunu oynayıb. Ancaq personajın səsləndirilməsi başqa aktrisaya həvalə olunub. Ekran əsəri böyük uğura imza atıb və aktrisa tezliklə "American İnternational Pictures" kinoşirkətinə dəvət olunub.  Rejissor Rocer Kormanın “Quyu və rəqqas” filmində rol alıb. Film ingilis dilində çəkilsə də, rejissorun səsini bəyənməməsinə görə oynadığı obrazı başqa aktrisa dublyaj edib. 1963-cü ildə Federiko Fellinin “Səkkiz yarım” dram filmində rol alır. Qrafiki sıx olduğundan kiçik rol oynamaqla kifayətlənməli olur. Filmin böyük ekranlara yol tapmasından əvvəl “Həkim Hiçkokun qorxulu sirri” qorxu filminin çəkiliş meydanına yollanıb. Həmin filmdə baş rol ona nəsib olub. 60-cı illərin ortalarında Stil italiya qorxu filmlərinin siması statusunu qazanıb. Ulduzu parlayan aktrisa tezliklə ABŞ-a köçüb və orada ssenarist Ceyms Po ilə tanış olub. Bir müddətdən sonra evlənirlər. 1969-cu ildə əri xüsusi olaraq onun üçün ssenari yazır. Həmin ssenari “Atları güllələyirlər, elə deyilmi?” filminin təməl süjetinə çevrilib. Ancaq filmdə rol almaq Barbaraya nəsib olmur. 1974-cü ildə ekranlara qayıdaraq “Dəmirbarmaqlıqlar arxasında ehtiras” dramında rol alıb. 1977-ci ildə Rocer Kormanla yenidən əməkdaşlıq edərək “Mən sizə qızılgül bağı vədd etməmişdim” filmində psixiki xəstə qadın obrazını canlandırıb. Film real hadisələrə əsaslanır. 60-cı illərin italyan qorxu filmlərinin “qışqırıq kraliçası” kimi tanınır. Mario Bava, Rocer Korman, Rikardo Freda, Federiko Fellini, Devid Kronenberq kimi tanınmış rejissorlarla işləyib. 80-ci illərdən etibarən prodüser fəaliyyəti ilə məşğuldur. Ara-sıra kiçik rollara çəkilir . 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Barbara_Steele

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç