Pol Loqan

Pol Loqan

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Pol Loqan – amerikalı aktyor, əlbəyaxa döyüş növləri ustası və kaskadyordur. 15 oktyabr 1973-cü ildə Nyu-Cersi ştatında anadan olub. Nyu-York Dövlət Universitetini bitirib; biokimya ixtisası üzrə bakalavr dərəcəsi əldə edib. Məzun olduqdan sonra Los-Anceles şəhərində köçüb. Orada Los-Anceles Xiropatiya Kollecində manual terapiya üzrə oxuyub.  1996-cı ildə özünü tam fərqli karyera cığırı seçib. Bir neçə film və teleserialın epizodunda görüntüləndikdən sonra, “Killerlər” (Killer, 1997) filmində ilk əlamətdar rolunu oynayıb. Daha çox “Orda” (Horde, 2016), “Qırmızı kod” (Coder Red , 2013), “Piranilər: ideal yırtıcılar” (2010), “Həyatımızın günləri” (serial, 2001-2005) oynadığı rollara görə tanınır. Xidməti siyahısında 72 film və serial yer alır. Futbol, beysbol, üzgüçülük və boks kimi idman sahələrində təcrübəsi var. Döyüş “repertuarına” Karate, kendo, aykido və ciu-citsu daxildir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0517638/bio?ref_=nm_ov_bio_sm

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç