Kristen Konnolli
Aktrisa
Kristen Konnolli 12 iyul 1980-ci ildə Nyu-Cersinin Montkleyr şəhərində (ABŞ) anadan olub. Karyerasının əvvəlində kinoda bir neçə əlamətdar rolu olub. “Yeni Amsterdam” və “Qanun və qayda: Cinayət niyyəti” seriallarının müxtəlif epizodlarında görüntülənib. 2008-ci ildə CBS-nin “Necə dövr edir dünya” sabun operasında ikinci plan rola çəkilib. Şoudan ayrıldıqdan sonra “Cekinin bacıları” və “Yaxşı arvad” seriallarında görüntülənib. 2012-ci ildə “Meşədəki Daxma” və “Körfəz” qorxu filmlərinə mərkəzi qadın rollarına çəkilib. Daha sonra dahi amerikalı yazıçı Stiven Kinqin “Yaxşı nikah” novellasının ekranizasiyasında rol alıb. Televiziyada Konnolli daha çox Netflix-in “Kartdan ev” siyasi dramında Kristina Qallaqer rolu ilə məşhurlaşıb. 2014-cü ildə Edrien Broudi ilə birlikdə History telekanalının “Qudini” mini-serialına çəkilib. Konnollinin Stiven Oraylidən 2018-ci il (iyul) təvəllüdlü Stiven adlı oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kristen_Connolly