Corc A. Romero
Rejissor, ssenarist
Corc Romero 4 fevral 1940-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Uşaqlığını həmin şəhərdə keçirib. Bir müddətdən sonra ailəsi ilə Pitssburq şəhərinə köçüb. Ali təhsili oranın universitetlərindən birində alıb. 14 yaşında kino çəkilişi ilə maraqlanıb, 8 millimetrlik kamera alıb. Bir dəfə damdan yanan maneken atdığına görə polis tərəfindən həbs olunub. Universiteti bitirdikdən sonra dostları ilə birlikdə “Image Ten Production” şirkətini yaradıb. 100 min dollar ilkin kapital yığıb. 1968-ci ildə “Diri ölülərin gecəsi” adlı ilk qorxu filmini çəkib. Həmin film “horror-industriyada” bir sıçrayışa səbəb olur. Həmçinin kinoya zombi ilə bağlı fərqli baxış gətirir. Zombilər ilk dəfə olaraq ziyansız şəkildə gəzən ölülər kimi deyil, qorxulu adam yeyənlər kimi göstərildi. Həmin filmdən topladığı gəlirlər əsasında Romero “Bala qonan milçək kimi” dramını çəkir və Nensi adlı qadınla evlənir. 1973-cü ildə iki qorxu filmi lentə alır: “Dəlilər” və “İfritələr zamanı” . “İfritələr zamanı” filminin çəkilişlərində Kristin Forrestlə tanış olub (həmin vaxt artıq subay idi). 1977-ci ildə Romero “Martin” adlı filmi ekranlara çıxarıb, bir il sonra isə “Ölülərin dirilişi” filminin ilk sikvelini lentə alır. Qorxu filmi özünü doğruldur. Kifayət qədər gəlir gətirir və zamanın kult filminə çevrilir. Sözügedən film eyni zamanda onun iri büdcəli filmlərə yolunu açır. 1981-ci ildə “Çarx üzərində cəngavərlər” filmini çəkir və vətəndaş nikahında olan Kristin Forrestlə münasibətlərini rəsmiləşdirir. 1982-ci ildə Corc əfsanəvi qorxu janrı yazıçısı Stiven Kinqlə əməkdaşlığa başlayıb. Beş hissədən ibarət “Qorxu kaleydoskopu” filmini ekranlaşdırır. 1984-1986-cı illərdə Romero “Zülmətin nağılları” serialı üzərində çalışır. 1985-ci ildə isə “gəzən ölülər” mövzusunda sayca üçüncü filmini lentə alır. 1993-cü ildən bəri qısametrajlı filmlərin çəkilişini dayandırır. 2000-ci ildə “Mühafizəçi” filmini lentə alsa da, ona hər hansı uğur qazandırmır. 2004-cü ildə “Ölülərin dirilişi” filminin remeykini çəkir. 2007-ci ildə “Ölü gündəlikləri” filminin rejissoru olub. Romero 16 iyul 2017-ci ildə Torontoda, ağ ciyər xərçəngindən dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/George_A._Romero