Ketlin Manro

Ketlin Manro

Aktrisa

BİOQRAFİYA

Ketlin  Manro 9 aprel 1982-ci ildə Ontario əyalətinin Hamilton şəhərində (Kanada) dünyaya göz açıb. Kanadada bir neçə rol aldıqdan sonra Amerika televiziyasında debüt edib. ABC Family telekanalında 2005-2006-cı illərdə yayımlanmış “Yaxşı insanlar” serialında mərkəzi rollardan birini oynayıb, “CSI: Cinayət yeri: Nyu-York” kriminal teledramında ikinci plan rol alıb. Bundan başqa “Xəfiyyə Raş”, “İzsiz”, “Dəniz polisi: Los-Anceles” və “Fövqəltəbii” seriallarında qonaq rollara dəvət olunub. Manro daha çox Kanadanın HBO telekanalında yayımlanan “Məni Fitz adlandır” komediya serialında canlandırdığı obrazla tanınıb. Bundan savayı “Ulduz qapıları: Kainat”, “Heyven” və “Alfa insanlar” seriallarında ikinci dərəcəli rol alıb. 2014-cü ildə Manro ABC-nin “Dirilmə” serialında ikinci dərəcəli rola çəkilib. 2018-ci ildə “Quşlar aləmi” nuar trillerində baş rolu ifa edib. Kanada Kino və Televiziya Akademiyası mükafatının laureatıdır. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kathleen_Munroe

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç