Bill Heyder
Aktyor, ssenarist, prodüser, rejissor
Uilyam Tomas “Bill” Heyder — kiçik 7 iyun 1978–ci ildə Talsa şəhərində (Oklahoma ştatı, ABŞ) anadan olub. Atası Uilyam Tomas Heyder aviadaşıma şirkətinin sahibi idi. Restoran meneceri işləmiş, vaxtaşırı stendap-yumorist kimi çıxış edib. Anası Şerri Rene isə rəqs müəllimi olub. Onun özündən kiçik – Keti və Kara adlı iki bacısı var. Patrik Henri adına ibtidai məktəbdə, sonra Edison məktəbində və Kassiya Holl hazırlıq məktəbində oxuyub. Finiks İncəsənət İnstitutu və Skottsdelsk kollecində təhsil alıb. “Canlı efirdə şənbə aşamı” (2005-13), “Cənubi Park” (2009) “Dokumentalistika” (2015) şouları ilə məşhurlaşıb. 2018-ci ildən başlayaraq NBO “Barri” serialında baş rolda çəkilir. Heyder həmçinin “O, mən və onun dostları” (2006), “Dəlibaş” (2007), “Uğursuzluq əsgərləri” (2008), “Muzeydə gecə 2” (2009), “Pol: Məxfi material” (2011), “Qara paltarlı adamlar 3” (2012) və “Meqqinin planı” (2015) komediya filmlərində ikinci dərəcəli rolları ilə yadda qalıb. “Əkizlər” (2014) dramında və “Kompleksiz qız” (2015) romantik komediyasında baş rollarda çəkilib. Heyder bir sıra layihələrdə iştirak edib və “Frikadel yağışı” (2009), “Bədheybətlər Universiteti” 2013), “Tapmaca” (2015), "Angry Birds kinoda" (2016) və “Dorinin axtarışında” (2016) cizgi filmlərinin personajlarını səsləndirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B5%D0%B9%D0%B4%D0%B5%D1%80,_%D0%91%D0%B8%D0%BB%D0%BB