Laura Virs

Laura Virs

Müğənni, bəstəkar

BİOQRAFİYA

Lora Polin Virs 24 oktyabr 1973-cü ildə ABŞ-da anadan olub. Uşaqlığı Kolorado ştatında keçib. Karlton kollecində çin dili və geologiyanı öyrənib. Çin üzrə geoloji tərcüməçi işləyib. Hazırda Oreqon ştatının Portlend şəhərində yaşayır. Lora kollecdə oxuduğu illərdə “Rair Kx” pank-qrupunda ifa edib. Daha sonra musiqi təmayülünü kantri və folk musiqisinə salıb. Çində yaşadığı illərdə mahnılar bəstələməyə başlayıb. 1999-cu ildə “Laura Veirs” adlı debüt albomu işıq üzü görüb. 2003-cü ildə "Troubled by the Fire" adlı diskinin hazırlanmasında bir sıra təcrübəli musiqiçilər iştirak edib, onların arasında Bill Frizell də yer alır. Daha sonra “Nonesuch Records” səsyazma studiyası ilə müqavilə bağlayıb və tezliklə “Carbon Glacier” albomunu buraxıb. 2010-cu illərdə “Saltbreakers” (2007), “July Flame” (2010) adlı iki sinqlı çıxıb.  Sonuncu “Billboard 200” hitparadında debüt edib və 124-cü yeri tutub. Həyat yoldaşı Taker Martindir. Onun yeddi albomuna prodüserlik edib. 2010-cu ildə Tennessi Virs Martin adlı oğlu doğulub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B8%D1%80%D1%81,_%D0%9B%D0%BE%D1%80%D0%B0

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç