Blayt Danner
Aktrisa
Blayt Danner 3 fevral 1943-cü ildə Filadelfiyada bank işçisinin ailəsində anadan olub. Orta təhsilini Pensilvaniya ştatının Nyutaun şəhərində alıb. Daha sonra "Bard" incəsənət kollecində oxuyub. 1965-ci ildə həmin təhsil müəssisəsini bitirib. Tezliklə onun teatral debütü baş tutub. 1968-ci ildə ilk teatral mükafatın laureatı olub. 1970-ci ildə televiziyada debüt edib. Elə həmin il Danner “Toni” prestijli teatr mükafatının sahibi olub (“Bu azad kəpənəklər” brodvey pyesində oynadığı rola görə). 1969-cu ildə aktrisa rejissor və prodüser Brüs Peltrou ilə ailə qurub. Tezliklə ondan məşhur aktrisaya çevriləcək Qvinet Peltrou və rejissor Ceyk Peltrou dünyaya gəlib. Dannerin nikahı 2002-ci ildən ərinin (xərçəngdən) ölümünə kimi davam edib. Həyat yoldaşını itirdikdən sonra xərçəng xəstələrinə yardım üzrə müxtəlif xeyriyyə tədbirlərinin fəalına çevrilib. 1970-1980-ci illərdə “Kolombo”, “MEŞ”, “Adəmin qabırğası” və digər seriallarda oynadığı rolları ilə yadda qalıb. Əlamətdar kino işləri arasında “1776” (1972), “Mollini sevərək” (1974), “Gələcək dünya” (1976), “Axınların hökmdarı” (1991), “Məxfi Materiallar: Gələcək uğrunda mübarizə” (1998) filmlərini misal göstərmək olar. Son 20 il ərzində “Valideynlərlə tanışlıq” (2000) və onun sikveli sayılan “Fakerlərlə tanışlıq” (2004) romantik komediyasında oynadığı quda rolu ilə məşhurdur. “Doktor Haff” serialında oynadığı rola görə iki dəfə “Emmi” mükafatçısı olub. Məşhur Hollivud aktrisası Qvinet Peltrou və rejissor Ceyk Peltroun anasıdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B0%D0%BD%D0%BD%D0%B5%D1%80,_%D0%91%D0%BB%D0%B0%D0%B9%D1%82