Kristofer Ebbott
Aktyor
Kristofer Ebbot 1986-cı ilin fevralında ABŞ-ın Konnektikut ştatının Qrinviç şəhərində anadan olub. İtalyan və portuqal əsillidir. Kristoferi bacısı Kristina böyüdüb. Həyatının ilk illəri Qrinviçdə keçib. Daha sonra əzizləri ilə birlikdə Stempforda köçüb. Orada bir müddət dostunun şərab dükanında satıcı işləyib. Ebbot Norwalk kollecini bitirib. Daha sonra HB Studio-da təhsil alıb. 2006-cı ildə Nyu-Yorka köçüb. Ekranlarda debütünü “Cekinin bacısı” (2009) serialında gerçəkləşdirib. Bu onun kinoya “bileti” olub; həmin roldan sonra müxtəlif kinolayihələrə dəvət olunmağa başlayıb. 2009-cu ildə “Qanun və qayda: Cinayət niyyəti” serialı, 2010-cu ildə “Marta Marsi, Mey, Marlen”, 2011-ci ildə “Salam, mən getməliyəm” filmində rol alıb. Sözü gedən müstəqil rejissor kinofilmi 2012-ci ildə “Sandens” kinofestivalının mükafatı ilə təltif olunub. 2017-ci ildə Coel Edgertonla birlikdə “O gecə gəlir” psixoloji trillerinə, Cessika Billə “Günahkar qadın” detektiv serialına çəkilib.“ Qızlar” serialında oynadığı rolla məşhurlaşıb. 2015-ci ildən britaniyalı aktrisa Oliviya Kukla vətəndaş nikahındadır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/kristofer_ebbott/