Melani Linski

Melani Linski

Aktrisa

BİOQRAFİYA

Melani Ceyn Linski 16 may 1977-ci ildə Yeni Zelandiyanın Nyu-Plimut şəhərində dünyaya göz açıb. Aktrisalıq karyerasına 1994-cü ildə “Cənnət məxluqları” filmində Polin Parker rolunu oynamaqla qədəm qoyub. Ona şöhrət qazandıran rol isə CBS telekanalında yayımlanan “İki kişi yarım” (2003-2015) sitkomunda Roza rolu sayılır. Los-Ancelesə köçdükdən sonra aktrisa “Stiven Qlassın kələyi” (2003), “Atalarımızın bayraqları” (2006), “Yolda” (2009), “Göylərə istərdim” (2009), “İnformator” (2009), “Qalib gəl” (2011), “Fağır olmağın yeri var” (2012), “Dünyanın sonuna dost axtarıram” (2012) və digər filmlərə çəkilib. “Salam, Mən Getməliyəm” romantik dramında baş rolu oynayıb. Performansı ilə tənqidçilərin rəğbətini qazanıb. Daha sonra “Şən Milad” (2014) filmində rol alıb. Bu və digər filmlər onu müstəqil rejissor filmlərinin ulduzuna çevirib. 2001-ci ildə Melani “Qırmızı qızılgül” filminin çəkilişində amerikalı aktyor Cimmi Simpsonla tanış olub. 2005-ci ildə cütlük nişanlanıb. 2007-ci ildə isə Hayes gölünün sahilində yerləşən kiçik kilsədə izdivaca daxil olublar. Habelə nikahın ömrü uzun sürməyib. 2012-ci ildə Linski Simpsondan boşanmaq üçün məhkəməyə müraciət edib. Nikaha rəsmi olaraq 2014-cü ildə xitam verilib. 2017-ci ildə aktyor Ceyson Ritterlə nişanlanıb. Bir müddət sonra Los-Ancelesdə evləniblər. 2018-ci ilin dekabrında cütlüyün qızı dünyaya gəlib. Aktrisa Kley Düvallın ən yaxın rəfiqəsidir. Aktrisa misofoniyadan (müxtəlif səslərdən, məsələn yemək yeyən zaman kiminsə marçıldaması və s. -  qıcıqlanma) əziyyət çəkir. 10 yaşından vegeteryandır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B8%D0%BD%D1%81%D0%BA%D0%B8,_%D0%9C%D0%B5%D0%BB%D0%B0%D0%BD%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç