Manos Hatzidakis
Bəstəkar
Manos Hatzidakis 23 oktyabr 1925-ci ildə Yunanıstanın Qərbi Frakiya əyalətinin Ksanti şəhərində anadan olub. Hatzidakisin ilk işlərindən biri Karolos Kunun yazıçı Tennessi Uilyamsın “Arzuların Tramvayı” pyesi əsasında qoyduğu tamaşaya yazdığı “Kağıdan ay” mahnısı olub. Hatzidakisin Kunla əməkdaşlığı 15 il ərzində davam edib. 1947-ci ildə “Ağ istridyə” adlı ilk fortepiano kompozisiyasını yazıb. 1948-ci ildə Kiçik Asiyadan olan mühacirlər və liman proletariatı arasında geniş yayılmış rebetika musiqi cərəyanı haqqında mühazirələri ilə yerli musiqi ictimaiyyəti arasında böyük ajiotaj yaradıb. Bütün tənqidlərə rəğmən Hatzidakis bu cərəyanın köklərinin Bizans mədəniyyətinə və hətta daha erkən dövrlərin mədəniyyətinə qədər gedib çıxdığını bildirib. O “rebetiko” cərəyanı təmsil edən Markos Vamvakaris və Vasilis Sisanis kimi bəstəkarları yetişdirib. Öz kompozisiyalarında da “rebetiko” üslubunun elementlərindən istifadə edib. 1949-cu ildə Hatzidakis Yunanıstan Rəqs Teatrını yaradıb (xoreoqraf Rall Manla birlikdə). Hatzidakis kinofilmlərə yazılmış bir sıra populyar saundtrek və mahnıların müəllifidir.1959-cu ildə bəstəkar Nana Muskuri adlı müğənni ilə tanış olub və uzun müddət əməkdaşlıq ediblər. 1960-cı ili bəstəkarın karyerasının ən uğurlu illərindən saymaq olar. Belə ki, rejissor Jül Dassenin “Bazar günü heç vaxt olmaz” filminə yazığı musiqiyə görə "Oskar" mükafatına layiq görülüb, “Pirey övladları” mahnısı isə beynəlxalq hitə çevrilib. 1966-cı ildə Nyu-Yorka gələrək Brodvey müziklının premyerasında iştirak edir. Həmin vaxt Yunanıstanda hərbi diktatura bərqərar olur və Hatzidakis ABŞ-ı tərk etməkdən imtina edir. Bəstəkar yalnız 1972-ci ildə Yunanıstana qayıdıb. 1974-cü ildə diktaturanın devrilməsindən sonra ölkənin siyasi həyatında fəal iştirak edib. 1989-cu ildə kiçik simfonik orkestr təsis edib. Hatzidakis 15 iyun 1994-cü ildə 68 yaşında vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D0%B4%D0%B7%D0%B8%D0%B4%D0%B0%D0%BA%D0%B8%D1%81,_%D0%9C%D0%B0%D0%BD%D0%BE%D1%81