Dayan Beyker

Dayan Beyker

Aktrisa

BİOQRAFİYA

Dayan Beyker 25 fevral 1938-ci ildə ABŞ-ın Kaliforniya ştatının Hollivud rayonunda anadan olub. Uşaqlığı və yeniyetməliyi doğma şəhərində keçib. Anası aktrisa Kerol Beyker olub. On səkkiz yaşında olan Beyker Nyu-Yorka köçüb. "20th Century Fox" studiyası ilə müqavilə bağladıqdan sonra 1959-cu ildə “Anna Frankın gündəliyi” adlı filmdə kinodebütünü gerçəkləşdirib. Filmdə baş qəhrəmanın bacısı Marqo Frank rolunu oynayıb. Daha sonra Jül Vernin məşhur romanının ekran adaptasiyası olan “Dünyanın mərkəzinə səyahət” filminə çəkilib. Filmdə çəkiliş meydanını Ceyms Meysonla bölüşüb. Bir müddət sonra “Hər şeyin ən yaxşısı” filmində rol alıb. Ardınca studiyanın daha üç filminin çəkilişlərində iştirak edib (“Bir gəncin macərası” (1962), “300 spartalı” (1962) və “Doqquz saat” (1963)). Bir müddət sonra Pol Nyumanla “Nobel mükafatı” filminə çəkilib. Oynadığı rola görə “Qızıl Qlobus” mükafatına namizəd olub. 1964-cü ildə Alfred Hiçkokun “Marni” filmində rol alıb, növbəti il isə “İlğım” trillerində baş rolu ifa edib. 70-ci illərdən başlayaraq Dayan Beykerin kinokaryerasında müəyyən tənəzzül dövrü başlayır. Başlıca olaraq televiziya layihələrində iştirak edir. 1976-cı ildə "Artemis Productions" adlı şəxsi kinostudiyasını yaradır. Elə növbəti il ABC telekanalının sifarişi ilə televiziya filmi buraxır. 90-cı illərin əvvəllərində daha çox prodüser və ikinci plan rolların aktrisası (“Quzuların susqunluğu”- 1991, “İyirmi dollar” -1993, “Şəbəkə” – 1995, “Döyüşdə şücaət” – 1996, “Ağ Evdə qətl” – 1997) kimi fəaliyyət göstərib. “Emmi” və “Qızıl Qlobus” nominantıdır. 2005-2012-ci illərdə “Doktor Haus” teleserialında baş rol ifaçısının anasını oynayıb. Dayan Beyker heç vaxt ərə getməyib və övladı olmayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D1%8D%D0%B9%D0%BA%D0%B5%D1%80,_%D0%94%D0%B0%D0%B9%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç