Ralf Riçardson

Ralf Riçardson

Aktyor

BİOQRAFİYA

Ralf Riçardson 19 dekabr 1902-ci ildə anadan olub. Artur və Lidiya Riçardsonun üçüncü övladıdır. Valideynləri Parisdə tanış olublar. 1907-ci ildə bir-birindən ayrılsalar da rəsmi nikaha xitam verməyiblər. Ralfın böyük qardaşları atası ilə qalıb, o isə anasını seçib. 1947-ci ildə cəngavər titulu alıb. Aktyor 10 oktyabr 1983-cü ildə 80 yaşında Londonda dünyasını dəyişib. Başlıca olaraq teatr tamaşalarında iştirak etməsinə baxmayaraq, 1933-cü ildən etibarən kinoya çəkilməyə başlayıb. Vivyen Li ilə çəkildiyi ilk film – “Anna Karenina” – uğursuzluğa düçar olub. Lakin ikinci filmi – “Tənəzzül edən büt” filmi həm ABŞ, həm də Avropada kifayət qədər böyük kommersiya uğuruna imza atıb. Nəticədə Ralfın kino ulduzu parlayıb və çoxsaylı kinolayihələrə dəvətlər almağa başlayıb. Ən uğurlu filmlərindən biri “Qreystouk: Tarzan haqqında əfsanə” filmi sayılır. Film Edqar Rays Berrouzun romanlarının motivləri əsasında çəkilib. Filmdə fransız aktyor Kristofer Lambert baş rolda çəkilib. Ekran əsərində oynadığı rola görə ölümündən sonra “Oskar” mükafatına layiq görülüb. Ralf həmçinin ən yaxşı dram aktyoru nominasiyasında üç dəfə “Toni” mükafatına namizəd olub. Öz nəslinin cəngavər titulu almış ilk aktyorudur. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/ralph_richardson/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç