Riçard Eqan
Aktyor
Riçard Eqan 29 iyul 1921-ci ildə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olub. San-Fransisko universitetini bitirib. Perl-Harborun bombardman edilməsi zamanı təhsilini yarımçıq atıb və könüllü olaraq ABŞ ordusuna qoşulub. Lakin ikinci dünya müharibəsi zamanı orduda yalnız cüdo üzrə təlimatçı zabit kimi xidmət göstərib. O bunu verdiyi müsahibələrdə də etiraf edib. Müharibənin başa çatmasından sonra San-Fransisko universitetində bakalavr dərəcəsi əldə edib, daha sonra Stenford universitetində magistr pilləsinə yüksəlib. Hollivuda köçməzdən əvvəl bir neçə il Şimal-Qərb Universitetində müəllim işləyib. 1956-cı ildə Elvis Presli ilə “Məni zərifcəsinə sev” filminə çəkilib. Karyerasının ən uğurlu filmlərindən sayılan “300 spartalı” tarixi dramında Sparta kralı I Leonid rolunu oynayıb. 1977-ci ildə “Padra Kinonun hekayəsi” filmində tanınmış yezuit missioneri Eusebio Kino rolunu ifa edib. Daha sonra özünəməxsus səs tembrinə görə ona “Alatoran zonada” filmində müəllifin sözlərinin səsləndirilməsi həvalə olunub. Eqan 1987-ci ilin iyul ayında Los-Ancelesdə prostat vəzi xərçəngindən dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Richard_Egan_(actor)