Rudolf Mate
Rejissor, prodüser, operator
Rudolf Mate 21 yanvar 1898-ci ildə Krakovda (Polşa) yəhudi ailəsində anadan olub. Polyak mənşəlli amerikan kinorejissor və kinooperatordur. Budapeşt Universitetini bitirib. Film karyerasına 1920-ci ildə operator köməkçisi kimi başlayıb, daha sonra isə bir sıra Avropa ölkələrinə gedib. Alman rejissoru Karl Froynd ilə əməkdaşlıq edib. 1928-ci ildə Danimarka rejissoru Karl Teodor Dreyerin "Janna d'Arkın ehtirası", 1932-ci ildə "Vampir" filmlərinin operatoru olub. 1947-ci ildə Rudolf Mate rejissor kimi fəaliyyət göstərməyə başlayır. Ən yaxşı rejissor işləri "Nə vaxt dünya toqquşacaq" (1951), "Gələn ölüm" (1950), "300 spartalı" (1962) filmləri olub. 24 oktyabr 1964-cü ildə vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Rudolf_Mate