Debra Messinq

Debra Messinq

Aktrisa, prodüser

BİOQRAFİYA

Debra Linn Missinq 15 avqust 1968-ci ildə Bruklində (Nyu-York, ABŞ) anadan olub. O polyak-rus-yəhudi əsillidir. 1990-cı ildə Massaçusets ştatında Uoltemdə Brand Universitetini bitirib. Nyu-York Universitetində İncəsənət üzrə magistr dərəcəsi alıb. Daha çox televiziya komediyalarındakı rolları sayəsində məşhurdur. “Uill və Qreys”, “Smeş”, ”Lauranın sirrləri” seriallarında çəkilib. Messinq 1998-ci ildə NBS “Uill və Qreys” sitkomunda çəkiləndən sonra 2003-cü ildə komediya serialında ən yaxşı qadın roluna görə “Emmi” mükafatına sahib olur. O USA Network “Hollivudsayağı boşanma” mini-serialında baş rolda çəkilib. Bir mövsümdən sonra serial çəkişləri dayandırılıb. Debra Linn Missinq “Buludlarda gəzinti” (1995), “Kəpənək adamın öncəgörmələri” (2002), “Kirayə bəy” (2005) və “Uğurlu” (2007) filmlərində çəkilib. Karyerası boyunca ümumilikdə altı dəfə “Emmi”, doqquz dəfə “Qızıl Qlobus” və səkkiz dəfə ABŞ aktyor Gildiyasının mükafatına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Debra_Messing

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç