Lora Linni
Aktrisa, prodüser
Lora Leqqet Linni 5 fevral 1964-cü ildə Nyu-Yorkda (ABŞ) anadan olub. “Emmi”, “Qızıl Qlobus” və ABŞ kinoaktyorlar Gildiyası mükafatçısıdır. Aktyorluq karyerasına 1992-ci ildə Nikolti və Süzan Sarandonla birgə çəkildiyi “Lorenso yağı” filmində çəkilib. Riçard Gir, Klinton İstvud, Cim Kerri ilə çəkildiyi “İbtidai qorxu” (1996), “Tam hökmranlıq” (1997), “ Trumanın şousu” (1998) filmlərindəki ikinci dərəcəli rollarla yadda qalıb. 2001-ci ildə “Mənə güvənə bilərsən” ailə dramına görə “Oskar” və “Qızıl Qlobus” mükafatına namizəd olub. Dörd ildən “Kinsi” biopikindəki roluna görə sonra təkrar bu mükafatlara namizəd olub. Növbəti dəfə “Kalmar və balina” gənclər filmində iştirakına görə “Qızıl Qlobus” mükafatına namizəd olub. Linni “Freyzer” serialındakı epizodik rola görə “Emmi” mükafatına layiq görülüb. 2008-ci ildə Lora Lenni rejissor Tamara Cenkinsin “Vəhşilər” filmindəki baş qadın roluna görə üçüncü dəfə “Oskar” mükafatına namizəd olub. “Qorxu hərf “R”” teleserialındakı roluna görə “Qızıl Qlobus” və “Emmi” mükafatına layiq görülüb. Lora “Real məhəbbət” (2003), “Devid Geylin həyatı” (2003), “Sürücülük dərsləri” (2006) və sair filmlərində də çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B8%D0%BD%D0%BD%D0%B8,_%D0%9B%D0%BE%D1%80%D0%B0