Devid R. Ellis
Rejissor, aktyor
Devid Riçard Ellis 8 sentyabr 1952-ci ildə ABŞ-ın Kaliforniya ştatının Santa-Monika şəhərində anadan olub. Kinokaryerasına 1974-cü ildə qədəm qoyub. “Ən güclü adam” filmində Kurt Rassellə baş rola çəkilib. Həmin vaxtdan bəri mütəmadi olaraq kino və televiziya layihələrində aktyor və kaskadyor qismində iştirak edib. Həmçinin öz gücünü rejissor kürsüsündə sınayıb. 1986-cı ildən bəri “Matrisa: İnqilab”, “Harri Potter və filosof daşı” kimi blokbasterlərin çəkilişində ikinci rejissor olub. 1996-cı ildə “Evə aparan yol 2” filmində rejissor olaraq debüt edib. Filmin premyerasından sonra dünyaca məşhur rejissor olub. 7 yanvar 2013-cü ildə onun meyiti Yohanensburq otellərinin birinin nömrəsində aşkarlanıb. Həmin vaxt rejissor “Kayt” adlı filmin remeyki üzərində çalışırdı.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%BB%D0%BB%D0%B8%D1%81,_%D0%94%D1%8D%D0%B2%D0%B8%D0%B4