A.C. Kuk

A.C. Kuk

Aktrisa

BİOQRAFİYA

Andrea Coy “A.C” Kuk – kanadalı kino və televiziya aktrisasıdır. Daha çox “Cinayətkar kimi düşünmək” serialında Cey-Cey Cero adlı FTB agenti rolu ilə məşhurlaşıb. Andrea Coy 22 iyul 1978-ci ildə Kanadanın Ontario əyalətində doğulub. Uşaqlığının böyük hissəsini Uitbi şəhərində keçirib. Atası Mayk - məktəb müəllimi, anası Sandra – psixiatrdır. Pol və Neytan adlı qardaşları, Ancela adlı bacısı var. Xristian mormonlardandır. 4 yaşından rəqslə məşğul olub, həmçinin ballet və cazz rəqsi üzrə dərslərə gedib. 17 yaşında öz gücünü aktyorluqda sınamağa qərar verib. Patrik Sueyzinin baş rola çəkildiyi “Çirkli rəqslər” filmi onu aktrisa olmağa ilhamlandırıb. Daha çox onun dininə (mormon kilsəsinin etiqadına zidd olmayan) uyğun olan rollara çəkilməyə razılaşır. 3 avqust 2001-ci ildə Andrea musiqiçi Neytan Andersenlə ailə qurub. Evləndikdən sonra Solt-Leyk-Sitiyə köçüblər. 2002-ci ildən bəri Los-Ancelesdə yaşayırlar. Cütlüyün 2008 və 2015-ci il təvəllüdlü iki oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/A._J._Cook

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç