Əhmət Zappa
Ssenarist
Əhmət Rodan Zappa 15 may 1974-cü ildə Los-Ancelesin Hollivud Hilz rayonunda (Kaliforniya ştatı, ABŞ) anadan olub. Atası musiqiçi Frenk Zappa, anası biznesvumen Qeyl Zappadır. Atası siciliya, ərəb və yunan, anası isə fransız, irland və danimarka əsillidir. Atası ona məşhur türk əsilli amerikalı mahnı prodüseri Əhmət Ertegünün adını qoyub. 1990-cı illərdə Brityaniya Channel 4 telekanalın “The Adam and Joe Show” teleşousunda görüntülənib. Daha sonra “Vinyl Justice” adlı daimi seqmentində rol alıb. 2000-ci ildə “Döyüşə hazıram” filmində görüntülənib. Daha çox “Timoti Qrinin Qəribə Həyatı” (2012), “Döyüşə Hazıram” (2000), “Bədheybət X” filmlərinə görə tanınır. 24 yanvar 2004-cü ildə aktrisa Selma Bleyrlə ailə qurub. 2 ildən sonra boşanıblar. Hazırda dizayner, yazıçı Şana Maldunla evlidir. Onların 2010-cu il təvəllüdlü qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0953257/