Piter Hecs
Rejissor, ssenarist
Piter Simpson Hecs 6 iyul 1962-ci ildə ABŞ-ın Ayova ştatının Qərbi De-Moynruen şəhərində psixoterapevt və yepiskopal keşiş Robert Boyden Hecsin ailəsində dünyaya göz açıb. “Velli” orta məktəbinə gedib. Şagird olduğu illərdə məktəbin teatr tamaşalarında iştirak edib. Daha sonra Şimali Karolina İncəsənət Universitetinə daxil olub. Hecs Meri Luiz Parker və Co Mantello ilə birlikdə “Edge Theater” teatr truppasını yaradıb. Hecsin debüt romanı sayılan “Gilbert Qreypi sakitləşdirən nədir” 1993-cü ildə eyni ad altında ekran üçün adaptasiya olunub və ssenarisini də özü yazıb. 2002-ci ildə “Mənim balam” filminə yazdığı ssenariyə görə, ən yaxşı adaptasiya olunmuş ssenari nominasiyasında “Oskar” mükafatına namizəd olub. 2003-cü ildə öz yazdığı ssenari əsasında rejissor olaraq “Eyprilin şənliyi” adlı ilk filmini çəkib. O həmçinin “Qardaşın nişanlısına vurulmuş” və “Timoti Qrinin Qəribə Həyatı” filmləri üzərində gördüyü rejissor işinə görə tanınır. Hecs Süzan Brüslə evlidir. Cütlüyün iki övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B5%D0%B4%D0%B6%D0%B5%D1%81,_%D0%9F%D0%B8%D1%82%D0%B5%D1%80