Culianna Haf
Aktrisa, prodüser
Culianna Aleksandra Haf Yuta ştatının Solt Leyk Siti şəhərciyində anadan olub. Bir müddət Londonda, daha sonra ABŞ-da, Las-Veqasda anası ilə yaşadıqdan sonra Yutaya atasının yanına köçür. Bir müddət sonra Los-Ancelesə qayıdan Culianna aktyorluq karyerasına başlayır. O 2001-ci ildə “Harri Potter və fəlsəfə daşı” filmində çəkilir. Culianna Haf “Sevgi limanı” (2013) filmində baş rolda Keti obrazı ilə daha çox tanınıb. Ərinin qəddarlığına dözə bilməyən Keti ondan qaçır. O cənubda yerləşən sakit, balaca bir qəsəbəyə köçür. Çox keçmədən gənc yaşında dul qalmış yaraşıqlı Aleks Uitli ilə tanış olur. Onların arasında sevgi hissləri oyanır. Keti dəlicəsinə aşiq olsa da, tərəddüd içindədir, çünki birinci əri ilə başına gələnlərdən sonra, “kişi tayfasına” inamını itirib. Heç Aleks özü də hadisələri qabaqlamağı sevmir. Gənc cütlük qeyri-müəyyənliyin ağuşuna düşürlər. Heç biri onları qarşıda nələrin gözlədiyini bilmir. Ketinin ərinin gözlənilməz gəlişi yeni sevgi bağlarının nə dərəcədə möhkəm olduğunu göstərir. Həmçinin “Əsr roku” (2012), “Əyri xətt” (2012), “Burlesk” (2010) və sair filmlərindəki rolları sayəsində məşhurlaşıb. Briolin televiziya müziklındə iştirak edib. “Ulduzlarla rəqs” şousunda dörd dəfə iştirakı ərzində onun rəqqas işini Amerika televiziya akademiyasının üzvləri yüksək qiymətləndirib. 8 iyul 2017-ci ildən Culianna xokkeyçi Bruks Laykla ailəlidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Julianne_Hough