Retna Pathak
Aktrisa
Ratna Pathak 18 mart 1963-cü ildə anadan olub. Teatr, televiziya sahəsində, eyni zamanda Bollivudda çalışır. İngilis və hind dillərində çox sayda işləri olub. 1980-ci illərdə “İdha Udhar” adlı teleserialda oynadığı rolla məşhurlaşıb. Daha çox “Sarabhai vs Sarabhai” teleserialında canlandırdığı Maya Sarabhai obrazı ilə məşhurlaşıb. 2008-ci ildə “Jaane Tu Ya Jaane Na” (2008) romantik dramı, 2010-cu ildə “Golmaal 3” ekşn-komediyası, 2012-ci ildə “Ek Mai Aur Ekk TU” romantik komediyası”, 2014-cü ildə “Khoobsurat” (2014), 2016-cı ildə isə “Kapoor and Sons” filminə çəkilib. 2017-ci ildə “Çarşabımın gizlətdiyi dodaq boyası” (Lipstick under my burkha) filminə görə "ən yaxşı ikinci plan aktrisası" nominasiyasında “Filmfare” mükafatına namizəd olub. Şəxsi həyatına gəlincə 1982-ci ildə tanınmış Bollivud aktyoru Nəsruddin Şahla ailə qurub. Bu nikahdan İmad Şah və Vivian Şah adlı oğlanları var. Ratna Pathak 18 mart 1963-cü ildə Hindistanın Bombey şəhərində anadan olub. Aktrisa Surpiya Pathakın bacısıdır.
For more information press the link below:
https://en.wikipedia.org/wiki/Ratna_Pathak