Anqira Dhar

Anqira Dhar

Aktrisa

BİOQRAFİYA

Angira Dar 25 may 1991-ci ildə Şrinaqar şəhərində anadan olub. Ən məşhur rolu “Bang Baaja Baaraat” serialında oynadığı rol sayılır. Valideynləri kəşmirlidir. Orta məktəbi bitirdikdən sonra Mumbaya köçüb. Xavyer Kommunikasiya İnstitutunda ali təhsil alıb. Karyerasına “5-ci kanal”da texniki işçi olaraq başlayıb. İşlədiyi vaxt ərzində ssenarilərin hazırlanası, montaj və çəkiliş prosesi ilə tanış olub və hərtərəfli işçiyə çevrilib. O həmçinin bir müddət rejissor köməkçisi olub. Bollivud debütü 2013-cü ildə baş tutub. Daha çox “Addımbaşı Eşq” (Love per Square Foot, 2018) romantik dramında Karinda de Souza, “Komando 3” bədii filmində Malika və “Bang Baaja Baaraat” serialında Şəhanə rolu ilə məşhurdur. IMDB məlumat bazasına görə karyerası ərzində 3 film və seriala çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm7682496/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç