Ronni Skrivala
Prodüser, filantrop
Ronni Skrivala – hindistanlı kinoprodüser və filontropdur. 8 sentyabr 1962-ci ildə Hindistanda anadan olub. Eskvayr versiyasına görə, 21-ci əsrin ən nüfuzlu şəxslərinin siyahısına daxil edilib. “Time 100” versiyasına görə, dünyanın 100 ən nüfuzlu şəxsinin reytinqində 78-ci yerdə qərarlaşıb. Onu Hindistanın “Cek Uorneri” adlandırırlar. Əsas fəaliyyətini Hindistanın Mumbay şəhərindən aparır. Hindistanın Media və Əyləncə konqlameratının (UTV) qurucusudur. Kinematoqrafiyada daha çox “Çennay ekspressi” (2013), “Barfi” (2012), “Zəfəranın rəngi” (2006), “Paan Sinh Timar” (2012) filmləri üzərində gördüyü işə görə tanınır. Karyerası ərzində ümumilikdə 92 filmə prodüserlik edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0780098/