Boyana Novakoviç
Aktrisa
Boyana Novakoviç 13 iyul 1981-ci ildə Yuqoslaviyanın Belqrad şəhərində (indiki Serbiya) anadan olub. Yeddi yaşından ailəsi ilə birlikdə Avstraliyaya köçüb. 2002-ci ildə ölkənin Milli Dram İncəsənət İnstitutunu bitirərək, bakalavr dərəcəsi əldə edib. Məzun olmazdan əvvəl Avstraliyanın yerli televiziya şoularına çəkilib. Bundan başqa “Meymunun maskası” (2000), “Optimistlər” (2006), “Ölümcül savaş” (2004) kimi filmlərə çəkilib. 2003-cü ildə “Zamanı qeyd edərkən” mini-serialında oynadığı rola görə Avstraliya kino və televiziya akademiyasının mükafatına layiq görülüb, 2010-cu ildə isə “Qisas” filmində oynadığı rolla nominasiya qazanıb. 2003-cü ildə Novakoviç şəxsi teatr şirkətini (Ride on Theatre) yaradıb. 2011-ci ildə həmin teatrın səhnəsində qoyduğu “Meri Makleyn” tamaşası (onun öz yazdığı pyesdir) böyük şöhrət qazanıb. Daha sonra ABŞ-a köçüb və bir neçə Hollivud filminə o cümlədən “Məni cəhənnəmə sürüklə” (2009), “Qisas” (2010), “İblis” (2010), “Nyu-Yorkda üç nəfər” (2011) filmlərinə çəkilib. 2017-ci ildə “Skaylayn 2” filmində baş rola çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Bojana_Novakovic