Amber Valletta

Amber Valletta

Aktrisa, prodüser

BİOQRAFİYA

Ember Evncelin Valletta — amerikalı top model, aparıcı və aktrisadır. 90-cı illərin ən məşhur modellərindən biri olub. Valletta karyerası boyunca Vogue jurnalının üz qabığına 40 dəfədən artıq çəkilib. Prada, Calvin Klein, DKNY, Valentino, Armani, Alberta Ferretti, Jil Sander, Gucci, Versace и Chanel üçün prestijli reklam kampaniyalarında iştirak edib. 1996 –cı ildə Valletta dünya üzrə Elizabeth Arden Şirkətinin siması seçilir. 1995 - 1996-cı illərdə “Stil evi” MTV şousunun aparıcısı olub. 1995–ci ildə "Tulsa Community Food Bank" üçün “Supermodels Stepping Out Against Hunger” moda nümayişi təşkil edib. 2000-ci ildə Valletta 18 filmə çəkilib. Daha çox ikinci dərəcəli rollara çəkilib. Onun 2005-ci ildə Uill Smitlə birlikdə çəkildiyi “Çıxarma qaydası: Hitç metodu” komediyası kommersiya baxımdam uğurlu film olur. Ardınca Ceyson Steytemlə “Daşıyıcı 2”, Rayan Kvontenlə “Ölü sükut”, Cerard Batlerlə “Heymer”, Ceki Çanla “Cəsus qonşuluqdadır” filmlərində baş rollara çəkilir. 2011-ci ildə Medelin Stou ilə “Qisas” ABC praym-taym sabun operasında pozğun qadın Lidiya Devis rolunda çıxış edir. 2014-cü ildə Şon Binlə “Əfsanələr” TNR serialında çəkilir. “Qan və neft” ABC praym-taym sabun operasında Don Consonla birlikdə qlamur cinayətkar qadın rolunu alır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D0%BB%D0%BB%D0%B5%D1%82%D1%82%D0%B0,_%D0%AD%D0%BC%D0%B1%D0%B5%D1%80

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç