C.P. Devis
Ssenarist, aktyor
С.P. Devis – amerikalı ssenarist və aktyordur. “Tommi Raylinin Döyüşü” – onun debüt ssenarisi sayılır. Bu ssenarini yazmaqda başlıca məqsədi həmin filmdə baş rolu oynamaq olub. Oskar laureatı Uillam Qoldmen ssenari ilə tanış olduqdan sonra, onun dəsti xəttini bəyənib. Ona müəllimlik etməsi üçün Los-Ancelesə köçməyi təklif edib. Devis filmin çəkilişi üçün 130 min dollarlıq mikro-büdcə toplayır. “Tommi Raylinin döyüşü”nün premyerası Los-Anceles Kino Festivalında baş tutub. Daha sonra Hempton kinofestivalına yol tapıb (orada Kodak mükafatına layiq görülüb). Daha çox “Tom Raylinin Döyüşü” (2004), “Ev” (2008), “Komodo adasının lənəti” (2004) filmləri üzərində gördüyü işə görə tanınır. Üç filmin ssenarisini yazıb. 9 filmin çəkilişində iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0204731/