Tomas Fridman
Siyasətçi, ətraf mühit fəalı
Tomas Fridman məktəbi bitirdikdən sonra 1971-ci ildə Minnesota universitetinə daxil olub. 2 ildən sonra Brandey Universitetinə köçüb və oranı 1975-ci ildə bitirib. 1978-ci ildə Oksfordda Yaxın Şərq üzrə müasir tədqiqatlar ixtisası üzrə fəlsəfə doktoru adını qazanıb. 1978-ci ilin yayından Londonda jurnalist işləməyə başlayıb. Elə həmin il Enn Baksbaunla tanış olaraq, ailə qurub. 1985-ci ildə Orli, 1988-ci ildə Natali adlı qızları doğulub. 1981-ci ilin may ayında “Nyu-York Taymz” jurnalında işə dəvət olunub. 1995-ci ilin yanvar ayından bəri jurnalın siyasət rubrikasında köşə yazarıdır. 1980-ci illərdə The New York Times-ın Beyrut və Qüdsdəki xüsusi müxbiri olub. 1982-ci ildə İsrail-Livan müharibəsini xüsusilə Sabre və Şatil qırğınlarını işıqlandırdığı üçün Pulitzer mükafatına layiq görülüb. Fələstin intifadasını işıqlandırdığına görə ikinci dəfə Pulitzer mükafatını əlinə alıb. Üçqat Pulitzer mükafatı laureatıdır (1983, 1988, 2002). Amerika Fəlsəfə Cəmiyyətinin (2003) üzvüdür.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Thomas_Friedman