Piter Qleyk

Piter Qleyk

Ekoloq

BİOQRAFİYA

Piter Qleyk (Qlik) 1956-cı ildə ABŞ-da anadan olub. Tanınmış amerikalı yazıçı və jurnalist Ceyms Qleykin kiçik qardaşıdır. 1978-ci ildə Yel Universitetini fərqlənmə ilə bitirib (mühəndislik və tətbiqi elmlər üzrə bakalavr dərəcəsi). Berkli şəhərinin Kaliforniya Universitetində 1980-ci ildə magistr dərəcəsi əldə edib. 1986-cı ildə isə “Energetika və resurslar” ixtisası üzrə fəlsəfə elmləri doktoru olub. 1987-ci ildə "Pacific İnstitute" institutunun təsisçisi və prezidenti olub. 2016-cı ildə isə adı çəkilən qurumun emerit prezidentidir. “Soft water path” konsepsiyasının pioneridir. Peak water ideyasının tərtibatçısıdır. XKCD komiksində görüntülənib. 1999-cu ildə Osloda Beynəlxalq Su Akademiyasının akademiki dərəcəsini qazanıb. Çoxsaylı elmi işlərin, 11 kitabın, o cümlədən ətraf mühit problemləri ilə bağlı "The World’s Water: The Biennial Report on Freshwater Resources" (1998, 2000, 2002) kitablarının müəllifidir. 2006-cı ildən ABŞ Elmlər Akademiyasının üzvüdür. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Peter_Gleick

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç